Görməyəcəksən göz yaşımı

Görməyəcəksən göz yaşımı
Şeirlər - Hekayələr
10.09.2017 18
Bu eşqin yasını saxlayacağam,
Sən gedən yollara baxmayacağam.
Ağlasam, gizlicə ağlayacağam,
Mənim göz yaşımı görməyəcəksən.


Tale oyunlara atacaq səni,
Fəryadın göylərə çatacaq sənin.
Günahın gözünü tutacaq sənin,
Mənim göz yaşımı görməyəcəksən.


O gülən şəklinə baxıb ağlasam,
Gözümə bir eynək taxıb, ağlasam.
Üzümü ovcuma sıxıb ağlasam,
Mənim göz yaşımı görməyəcəksən.


Sən elə bilmə ki, qəmdən uzaqsan,
Bir yağış altında sönən ocaqsan.
Üzümə baxmağa utanacaqsan,
Mənim göz yaşımı görməyəcəksən...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!