İnanmır

İnanmır
Şeirlər - Hekayələr
10.09.2017 18
Bir güldür ki, bülbülləri susdurub,
Çox aşiqin qol-qanadın kəsdirib.
Bu gözəli sevgidən kim küsdürüb?
Elə küsüb, məhəbbətə inanmır.


Bağın yanıb, bu oda köz deyiblər,
Dərd veriblər, hər dərdə döz deyiblər.
Qulağına o qədər söz deyiblər,
Hər nağıla, söz-söhbətə inanmır.


Kim uçurub onun könül taxtını,
Payız bilir ömrün bahar vaxtını?
Bəxtsiz deyib, hey qınayır bəxtini,
Məhəbbətdə sədaqətə inanmır.


Yollarında çox sevənlər sürünür,
Onu sevən dərdə-qəmə bürünür.
Gözlərinə dünya yalan görünür,
Tanrı verən bir qismətə inanmır.

                                                                                      Müəllif:Nüsrət Kəsəmənli скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!