Mən özgə evinə gəlin köçəndə

Mən özgə evinə gəlin köçəndə
Şeirlər - Hekayələr
10.09.2017 32
Yağışlar başladı, bulud da dindi,
Özgəylə qol-qola, məni görəndə.
Ağlayan göy deyil gözlərin idi,
Mən özgə evinə gəlin köçəndə.

Həsrətlə o gecə nikahım idi,
Sevməyim ən böyük günahım idi.
Çalınan vağzalı, bil, "ahım" idi,
Mən özgə evinə gəlin köçəndə.

Puç olmuş xəyalla, bir getdim o gün,
Qəm, kədər içində mən, itdim o gün.
Ümidi, arzunu dəfn etdim o gün,
Mən özgə evinə gəlin köçəndə.

Geydiyim ağ libas, mənə xoş oldu,
Sol yanım sızladı, yerin boş oldu.
Gözlərim, dəsmalım, əlim yaş oldu,
Mən özgə evinə gəlin köçəndə.

Sevdiyim, toy günün unutsan əgər,
Baxarsan qəbrimə, yadına düşər.
Mən öldüm o günü ölümdən betər,
Mən özgə evinə gəlin köçəndə...

 

PS: Mən oxuduqca ürəyim parçalandı.Allahım heç kimə yaşatmasın bunu.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!