Kimsəsiz yetim

Kimsəsiz yetim
Şeirlər - Hekayələr
10.09.2017 25
Əymə başı daşa, and içmə oda.
Yaş da olsan belə, yanarsan odda.
Sönməzsən üstünə çilənsə su da
İztirab içində olar doğmalar.

Şaxta da ilan tək çalar ruhunu,
Şeytan əməlinin yoxdursa sonu.
Atəş də isitməz geydiyin donu.
Kimsəsiz yetim tək qalar doğmalar.

Izinə duşübsə bir qurd-ulayan,
Yoxdursa bağçanı, bağı sulayan,
Yurdunda qalmazsa ocaq qalayan,
Yarpaq tək saralıb solar doğmalar.

Çalış bu dünyada haqqını tanı,
Məzarın daralıb sıxmasın canı,
Azğın yelə versən iki dünyanı,
Buludtək boşalar, dolar doğmalar.

Cəfərli, dünyada olma oyuncaq,
Oynadıb tullayar səndən doyunca.
Əzrayıl sinənə əlin qoyunca,
Ağlayıb saçını yolar doğmalar...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!