Səni sevdiyimi gözümdən oxu

Səni sevdiyimi gözümdən oxu
Şeirlər - Hekayələr
10.09.2017 24
Gözlər qəlbin aynasıdır deyirlər,
Səni sevdiyimi gözümdən oxu.
Dilim söyləməsə sevirəm sözün,
Səni sevdiyimi gözümdən oxu. 

Eşqi çıxılmamış yoxuşda ara,
Çovğunda, boranda, yağışda ara,
Əsil məhəbbəti baxışda ara,
Səni sevdiyimi gözümdən oxu. 

İzinin üstünə iz qoyan mənəm,
Basdığın torpağa üz qoyan mənəm.
Sənə gizli-gizli göz qoyan mənəm,
Səni sevdiyimi gözümdən oxu. 

Naz edib sən məni, az yandırıb yax,
Dərdiyim çiçəyi al yaxana tax.
Üz üzə dayanıb gözlərimə bax,
Səni sevdiyimi gözümdən oxu.

  

                                                                                      Mücirəddin Mübarizoğlu
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!