Sevən olacaqmı səni mən qədər

Sevən olacaqmı səni mən qədər
Şeirlər - Hekayələr
10.09.2017 32
Ağlasan yaşını silən olacaq,
Dərdini qəmini bölən olacaq,
Xətrini qədrini bilən olacaq,
Sevən olacaqmı səni mən qədər? 

Yuxuna şirinlik qatan tapılar,
Baş qoyub dizinə yatan tapılar,
Mənimtək əlindən tutan tapılar,
Sevən olacaqmı səni mən qədər? 

Qaralar ocağın, kül olar közün,
Qəlbinə tək həmdəm olarsan özün,
Çoxusu söyləyər sevirəm sözün,
Sevən olacaqmı səni mən qədər?

  

                                                                           Mücirəddin Mübarizoğlu
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!