Bu yol

Bu yol
Şeirlər - Hekayələr
10.09.2017 16
Bu yolun gözləri çox şeylər görüb,
Üstündən nə qədər yolçular keçib.
Kimi qəmə qaçıb, kimi sevincə,
Kimi də bu yolda dünyadan köçüb.

Biri toy-düyünlə keçib bu yoldan,
Bir evdən o evə gəlin gedibdir.
Kimsə sevgi ilə yuva quranda,
Başqası uzaqda yol gözləyibdir.

Yol diri dünyadan ölü dünyaya,
Bizi aparmaqçün olan cığırdır.
Burdan o dünyaya yol alıb hamı,
Oradan buraya gəlmək yasaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!