Sənə nə

Sənə nə
Şeirlər - Hekayələr
10.09.2017 28
 


Dərd yüküm ruhunun çiynində deyil,

Əllərim ovcunun içində deyil,
Gözlərim gözünün əksində deyil
Tək qaldım,qəm ilə yandım sənə nə...



Yolun azdı sevincim gələ bilmədi,
Itirdim,murada çata bilmədim,
Kor eşqim xəyanəti görə bilmədi
Tək qaldım,qəm ilə yandım sənə nə...



Həsrətin əzabı hesaba sığmaz,
Bir ömür aparar heç vecə almaz,
Gözlərim ömrünün dalıyca qaçmaz
Tək qaldım,qəm ilə yandım sənə nə...



Toxunma bu dərdə,sənə gərəksiz,
Öldüm ya dirildim sorma ürəksiz,
Sözlərim ac qaldı,ruhum çörəksiz
Tək qaldım,qəm ilə yandım sənə nə...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!