Ay gözəl

Ay gözəl
Şeirlər - Hekayələr
10.09.2017 14
Sonalar gölündə tənha üzürsən,
Fəxr edib özünə taymı gəzirsən?

Oğrun-oğrun baxıb məni süzürsən,

İnsanmı, mələkmi, nəsən, ay gözəl?



Baxışın, duruşun könüllər yaxır,

Gülüşün birbaşa qəlblərə axır.

Ovçular həsrətlə boylanıb baxır,

İnsanmı, mələkmi, nəsən, ay gözəl?



Həzin gülüşündən doymur baxanlar,

Eşqin ilə yanır ürək yaxanlar,

Sonalar gölünə ova çıxanlar.

İnsanmı, mələkmi, nəsən, ay gözəl?



Baxışı can alan, qaşları kaman!

Sevdalı bülbüllə qurubsan dövran,

Çalıb oynayırsan, süzürsən yaman,

İnsanmı, mələkmi, nəsən, ay gözəl?



Gözəllik vurğunu oldum əzəldən,

Ayrıla bilmirəm səntək gözəldən.

Vəli dua edər səmimi-dildən,

Insanmı, mələkmi, nəsən, ay gözəl.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!