Dünya

Dünya
Şeirlər - Hekayələr
10.09.2017 19
 
Öz nəfsimə uyub hərdən,

Xeyli günah eylədim mən,
Səbəbkarı sən deyilsən,
Səbəbkaram özüm, dünya.



Bu dünyaya gəlməyədim,
Günah nədi bilməyədim,
Kaş ki, səni görməyədim,
Kor olaydı gözüm, dünya.



Nə cür yoxdur haqsızlığın,
Qəlbə oxdur haqsızlığın,
Haqdan çoxdur haqsızlığın,
Buna necə dözüm, dünya.



Ömrü Allaha ver, mömin,
Qoy olmasın hədər,mömin,
Dünya gəldi-gedər, mömin,
Axirətdi bizim dünya.



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!