Canına qurban olum anam

Canına qurban olum anam
Şeirlər - Hekayələr
10.09.2017 8
Bir vaxtlar yuxumun qonağı idi,

Yol bağlı, gələ bilmir nur üzlü anam.

Bir zaman laylamın aşiqi idi,

Az qalır həsrətdən od tutub yanam.



Bir vaxtlar yanardım yuxularımda,

Əriyib sönmüşəm, yanmıram daha,

Məndən uzaq qaçır duyğularım da,

Söyləyir mən səni anmıram daha.



Bir zaman çaldığı laylalarının

Səsini duyuram hər addımbaşı.

Beşik arxasında yordu qolların,

Yuxusuz gecələr ağartdı başın.



Ömür də yol gedir dəvə belində,

Beşiyim köhlənib, laylam qocalıb.

Anamla vüsalım ölüm əlində,

Ölüm mələyisə yuxlayıb qalıb.



Ümid karvanımın mənzili yaxın,

Qumlu səhralardan keçib gələcək.

Anamla görüşə həzin laylasın

Birini mənim üçün seçib gələcək.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!