Bu sevgi deyilsə,söylə bəs nədir?

Bu sevgi deyilsə,söylə bəs nədir?
Şeirlər - Hekayələr
10.09.2017 50
Həsrət ürəyimdə ömürlük əsir,

Bütün ümidləri kökündən kəsir.

Adın səslənəndə əllərim əsir,

Bu sevgi deyilsə,söylə bəs nədir?



Hər dediyin sözlərində yaşadım,

Səndən qalan izlərində yaşadım,

Mən ki,sənin gözlərində yaşadım,

Bu sevgi deyilsə,söylə bəs nədir?



Həsrət ürəyimdə çəkilməz yükdü,

Bu yükü daşımaq belimi bükdü.

Sənə məhəbbətim məndən böyükdü,

Bu sevgi deyilsə,söylə bəs nədir?



Ayrılıq qoxusun duysam da sonda,

Bu hiss hökm eləyir insana canda,

Bir sual yaranır elə bu anda,

Bu sevgi deyilsə,söylə bəs nədir?



Sənin yollarında yolumu azdım,

Qəlbimlə kəsdiyim əhdimi pozdum,

Bu gecə səninçün bir şeir yazdım,

"Bu sevgi deyilsə,söylə bəs nədir?

 

Müəllif:Xəlil Adıgözəlскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!