Səni unutmağa çalışıram mən

Səni unutmağa çalışıram mən
Şeirlər - Hekayələr
10.09.2017 12
Səni düşünməklə keçdi hər anım,

Üç il boş-boşuna getdi zamanım,

Mənim də hazırdı qisas planım,

Baxma ki həsrətdən alışıram mən,

Səni unutmağa çalışıram mən.



Məhəbbət ağlımın etirazıdır,

Dil də unut deyir, o da razıdır,

Bunlardan bir tək qəlb narazıdır,

Inadkar qəlbimlə yarışıram mən,

Səni unutmağa çalışıram mən.



Mübahisə edirəm qırıq ürəklə,

Nəyinə vuruldun deyirəm,söylə,

Gecələr kimsə yox dərdim deyilə,

Bax belə özümlə danışıram mən,

Səni unutmağa çalışıram mən.



Adının yanından pozuldu adım,

Gecələr ağladım səni danladım,

Sən mənim deyilsən,sonda anladım,

Artıq sənsizliklə barışıram mən,

Səni unutmağa çalışıram mən..

P.S Səni unutmağa çalışıram mən :29:


 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!