De necə sevməsin ürəyim səni

De necə sevməsin ürəyim səni
Şeirlər - Hekayələr
10.09.2017 11
 Gözümdən könlümə nur ələmisən

 De necə sevməsin ürəyim səni

 Sən məni bu nura qərq eyləmisən

 De necə sevməsin ürəyim səni

 

 O günəş üzündən səadət yağır

 Qara gözlərindən məhəbbət yağır

 Yar sənin hüsnündən sədaqət yağır

 De necə sevməsin ürəyim səni



 Görmədim kimsədən gülə nifrəti

 Gül özü döndərir külə nifrəti

 Sən özün yaratdın bu məhəbbəti

 De necə sevməsin ürəyim səni




Müəllif: Hüseyin Bağırov
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!