Ömür yollarında

Ömür yollarında
Şeirlər - Hekayələr
10.09.2017 31
Arzular insanın ruhuna bağlı,
Zaman arzulara qol-qanad olsun...
Arzular işıqlı,nurlu-çıraqlı,
Döyünən hər qəlbə o, həyat olsun!..

Onun gah acısı,gah şirini var,
Gah qızıl payızdır,gah yaşıl bahar.
Ürəklə birlikdə vurar arzular,
Vurar ki, ürək də qoy rahat olsun!..

Gözəldi yurdumun çiçəyi-gülü,
Sevmişik həmişə vətəni,eli...
Daşsın qəlbimizdə duyğular seli,
Bu anlar hər zaman,hər saat olsun!..

Axtar öz gülünü öz baharında,
Axtar-tapacaqsan lap axırında...
Yaşa öz ömrünü –öz axarında
Öz könül dünyan da qoy azad olsun!..
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!