Və səni mən tək sevən

Və səni mən tək sevən
Şeirlər - Hekayələr
10.09.2017 35
Yazmaq çarə olarmı?

Ya da göz yaşı tökmək

Sağaldarmı yaramı?



Hər düşəndə gözündən

On parçaya bölünmək,

Olmazın xəyalların

Arxasınca sürünmək,

De, qürura sığarmı?



Ağlım çıxsa belə sən

Ağıldan çıxmaz ikən,

Və yumub gözlərini

Üzümə baxmaz ikən,

Bir özgəsi baxarmı?



Bu son yaşananları

Kaş ki unuda bilsəm

Və titrək əllərini

Qorxmadan tuta bilsəm

Başqa dərdim qalar mı?



Məni sən tək incidən

Və səni mən tək sevən

Başqa birisi varmı?
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!