Sevənlər sevinmir sevdiyi qədər

Sevənlər sevinmir sevdiyi qədər
Şeirlər - Hekayələr
10.09.2017 17

Çoxunun qəlbini yandırıb həsrət,

Çoxunun qəddini sındırıb həsrət,

Çoxuna kədəri qandırıb həsrət,

Sevənlər sevinmir sevdiyi qədər.



Ayrılıq oduna düşən kül olur,

Göz yaşı yanağdan axır sel olur,

Çiçəkli baxçası dönüb kol olur

Sevənlər sevinmir sevdiyi qədər.



Ətəkdən üzülən ələ bənzəyir,

Bənizi saralan gülə bənzəyir,

Ötüşməz günləri ,ilə bənzəyir,

Sevənlər sevinmir sevdiyi qədər.



Sevincin içində itmir sevənlər,

Məhəbbət bağında bitmir sevənlər,

Mənimtək arzuya yetmir sevənlər,

Sevənlər sevinmir sevdiyi qədər.



Müəllif: Mücirəddin Mübarizoğlu
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!