Buraxın dərdimlə baş-başa qalım

Buraxın dərdimlə baş-başa qalım
Şeirlər - Hekayələr
10.09.2017 28

Görsəniz ağlaram tez qınamayın,

Dərdimi bilməmiş siz qınamayın,

Sevmişəm bir gözəl qız qınamayın,

Axıdıb gözümdən qəm yaşı zalım,

Buraxın dərdimlə baş - başa qalım.



Bir zaman vüqarlı dağım var idi,

Fərəhli günlərim çağım var idi,

Məhəbbət deyilən bağım var idi,

Dəymişim qalsa da töküldü kalım,

Buraxın dərdimlə baş - başa qalım.



Ruhumun qidası nəfəs qalmayıb,

Düşüb çıxmadığım qəfəs qalmayıb,

Danışıb gülməyə həvəs qalmayıb,

Zəhərdən acıdır dodaqda balım,

Buraxın dərdimlə baş - başa qalım.



Müəllif Mücirəddin Mübarizoğlu
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!