Hardan biləsən

Hardan biləsən
Şeirlər - Hekayələr
10.09.2017 14
İçirəm deyirlər kefindən içir,

Dərdimdən içirəm hardan biləsən.

Son görüşümüzdən iki il keçir,

Eşq dərdi çəkirəm hardan biləsən.



Mənə çox dedilər sevmə yanarsan,

Birdən məhəbbəti gerçək sanarsan.

Sevib ürəyini dərdə salarsan, 

Eşq dərdi çəkirəm hardan biləsən.



Öyrəşə bilmədim sənsizliyə mən,

Yaman tez öyrəşdin mənsizliyə sən.

Nələr çəkdiyimi bir bilə bilsən

Göz yaşı tökürəm hardan biləsən...




[/center]
[center]                                                     Müəllif:Araz Muxtarov
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!