Aldığın nəfəs də müvəqqətidir

Aldığın nəfəs də müvəqqətidir
Şeirlər - Hekayələr
10.09.2017 14
Qaranlıq dünyanın sakinləriyik,

Aldığın nəfəs də müvəqqətidir.

Bağışla, qəlbimi vermərəm sənə,

Ötən günlərimin əmanətidir...



Deyirsən sabaha ümidlə boylan,

Gözlərim gülsə də intizarlıdır.

Dünənlər ömrümdən alsa da mənim,

Hər gələn günümdən etibarlıdır...



Gəl sən sabahlara cox da güvənmə,

Onlar da haçansa dünən olacaq.

Sabahın verdiyi şirin vədləri,

Dünənlər yaşada bilərlər ancaq...



O, ötən illərim qayıtmasa da,

Ömrüm xatirələr yığıcağıdır.

Yerlərə,göylərə meydan oxuyan,

Qəlbim, hisslərimin oyuncağıdır... 



Sən demə qurduğum eşq yuvasını,

Sənin əllərinlə hey yıxırmışam.

Səndən aldığımı bir sərvət bilib,

Sən demə ömürlük borc yığırmışam...



Borc verən borclunun sağlığın istər,

Bax yenə danışdı dil bilməz dilim.

Son mənim borcumu qaytar ki,mənə,

Mən də borclarımı qaytara bilim...



Daha aldatmayaq bir - birmizi,

Lənətlər yağdırıb mələklər bizə.

Nə qədər dansaq da bu həqiqəti,

Həmişə borcluyuq bir-birmizə...



Nə o tənha ulduz, nə bədrli ay,

Daha xatırlatmır səni hər gecə.

Sənin də borcların az deyil mənə,

Odur ki, məni tək unut sadəcə!



Müəllif: Xəlil Adıgözəl
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!