Onsuz yaşamağı öyrədin mənə

Onsuz yaşamağı öyrədin mənə
Şeirlər - Hekayələr
10.09.2017 30
Sandım unutmuşam o olanları

Yox unutmamışam sevirəm yenə

Unuda bilmirəm yaşananları

Onsuz yaşamağı öyrədin mənə




 Könlümü vermişəm könül qırana

Sevən yalan danışmaya yarına

Sizə and verirəm Haqqa Qurana

Onsuz yaşamağı öyrədin mənə

 

 Dedim sevgin həyatıma saçan nur

Demədim ayrılıq xəyalını qur

Yeganə istəyim diləyim budur

Onsuz yaşamağı öyrədin mənə

 

 Artıq islanmışam neynirəm çətri

Burnumdan getməyir qoxusu ətri

Neyləyim darıxır qəlb səndən ötrü

Qəlbsiz yaşamağı öyrədin mənə




P.S Onsuz yaşamağı öyrədin mənə


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!