O mənim sevgilim olub bir zaman

O mənim sevgilim olub bir zaman
Şeirlər - Hekayələr
10.09.2017 32
Adı çəkiləndə gözlərim dolur,
O, mənim sevgilim olub bir zaman.
Bənzərin görəndə gül rəngim solur,
O, mənim sevgilim olub bir zaman.

Könlümü sönməyən atəşə salan,
Bu cavan ömrümü eylədi talan,
Kədəri pay verib sevinci alan,
O, mənim sevgilim olub bir zaman.


Eşqimi dövlətə, vara satıbdı,
Gecələr yuxuma, haram qatıbdı,
İndi ayrılmışıq məni atıbdı,
O, mənim sevgilim olub bir zaman.

Pozubdu əhdini vəfasız olub,
Vaxtsız çiçək açıb vədəsiz olub,
Yar gedib qəlbimə qəm-qüssə dolub,
O, mənim sevgilim olub bir zaman.

Həsrəti ağardıb, çallayıb telim,
İxtiyar olmuşam bükülüb belim,
Şeirdə yazanda titrəyir əlim,
O, mənim sevgilim olub bir zaman.

Müəllif:Nüsrət Kəsəmənli
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!