Sevdiyin insanlar nələr düşünər

Sevdiyin insanlar nələr düşünər
Şeirlər - Hekayələr
10.09.2017 32
Sevdiyin insanlar düşünür nələr,
Əleyhinə olan, çox düşüncələr,
Biraz da, qorxulu, qorxu yamandır.
Qorxudan fikir də, xəyal da, vardır.

Vurulub, ürəkdən sevsən də, əzəl,
Vurğunu olduğun, bənzərsiz gözəl,
Zamanı gələndə, görünər aşkar.
Zülfünə vurulub, aldanmaq da, var.

Nə qədər, qaçsan da, hər aldanışdan,
İslanmadan, keçilmir yağan yağışdan.

Nur olub qalsa da, daim məhəbbət,
Bəs kimlər, onun da, nurunu aldı?
Nurunu verən kəs, alandır əlbət.
Güvənmə onlara, o da, insandı..

Sayana hakimdir,saymayanada.
Ey düşüncəsiz insan, onlu dünyada,
Ondan başqa, kimə etdin itaət,
Sənin güvəndiyin, varlı cəmiyyət,
Varlığa onunla yetişib,anla
Onsuz hansı varlıq, olur imanla?

Müəllif:Abdullazadə Orxan
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!