Görəsən

Görəsən
Şeirlər - Hekayələr
10.09.2017 49
Qəlbində olanı deməzdi dildə.
Onun bu adəti yadıma düşüb.
Nəysə maraglıdı,bu neçə ildə,
Görən həyatında nələr dəyişib.?

Bu qəmli gözləri qurutmamışam.
Hər gecə gözümün yaşın tökürəm...
Görəsən bilirmi unutmamışam.?
Görəsən bilirmi nələr çəkirəm...?

Anladım sevgidən doymadıgımı.
Hər gecə gəlmirsə eşqin pərisi.
Üzündən öpməyə qıymadıgımı,
Görəsən öpürmü özgə birisi...?

Qoy gəlib qəlbimnən halallıg alsın.
Onada pay elə dərddən,kədərdən...
Qayıdıb gəlməyi bir yana qalsın.
Görəsən yadına düşürəm hərdən.?

Görəsən itirdim aglımı yəni.?
Bəs nədir qəlbimi belə çaşdıran...
Görəsən odurmu hər gecə məni,
Bu qədər ölümə yaxınlaşdıran...?

Axır ki anladım son həqiqəti...
O gözəl,ömrümün oyunçusudu.
Görəsən ömrümün ilk məhəbbəti,
Kimin həyatının sonuncusudu...?

Həmən o yuxudan oyanardım gec,
O sənli günlərim olsaydı yuxu.
Demişdin mən səni unutmaram heç...

Görəsən nə oldu.? Unutdu axı....

 

 Müəllif: Xanlar Corat

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!