Sənə sevdiyimi, kaş demiyəydim

Sənə sevdiyimi, kaş demiyəydim
Şeirlər - Hekayələr
10.09.2017 25
Gözünə baxmağa utanır gözüm,
Xəcalət çəkirəm,qızarır üzüm,
Qəlbinə dəyibdi sevirəm sözüm,
Sənə sevdiyimi,kaş demiyəydim.

Illərdi həsrətə oldum dəyanət,
Eşqin ürəyimə verdi cəsarət,
Sonunda dostluğa etdim xəyanət,
Sənə sevdiyimi ,kaş demiyəydim.

Qəlbimə sancılıb ayrılıq oxu,
Oyanıb röyadan derdimin çoxu,
Bu gizli etiraf olaydı yuxu,
Sənə sevdiyimi,kaş demiyəydim.

Indi gözlərimdə kədərdi,qəmdi,
Quruya çəkilmir didəsi nəmdi,
Mənim ki taleyim əzəldən kəmdi,
Sənə sevdiyimi,kaş demiyəydim.

Müəllif Mücirəddin Mübarizoğu
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!