Sevgimizsə axan çaydır

Sevgimizsə axan çaydır
Şeirlər - Hekayələr
10.09.2017 29
Sevgimizsə axan çaydır,
Dağı sənsən,dənizi mən.
Dəniz,çaydan ilham alır,
Buzu ərit məhəbbətdən,
Sevgiyə qat,coşsun dəniz.

Sahilə vursun ləpələr.
Fırtınalar qopsun biraz.
Dəniz axı coşub,daşır,
Dağın fəsli,olanda yaz,
Sən dağısan,mən dənizi,
Sevgimizsə axan çaydır.

Dənizi yazda coşduran,
Buzlar dağın cilvəsidir.
Çay,dağ ilə dəniz adlı,
İki qəlbin sevgisidir.

Dəniz çökərək ucalır.
Dağ üçün alçaq olsa da,
Dəniz,dağdan da,ucadır.
Çay dənizə,əgər axsa,
Bir az da,alçalar dəniz.

Mən dibində alçaldıqda,
Yar ucaldı zirvəsində.
Alçalmağa təkan verdi,
Dağ buzunun,cilvəsi də,

Fəsil oldu ilə-aya,
Çay qurudu yayla,təmiz.
Sevgi adlı axan çaya,
Sən dağ idin,mənsə dəniz.

Müəllif : Abdullazadə Orxan
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!