Ayırma Gözəl Allahım

Ayırma Gözəl Allahım
Şeirlər - Hekayələr
10.09.2017 29
Doğru olan sözü dildən
Haqqı çalan sazı teldən
Sen bizləri doğru yoldan
Ayırma gözəl ALLAHIM

Qışı qışdan yazı yazdan
Gözəl görüntünü gözdən
Yalvarıram bizi bizdən
Ayırma gözəl ALLAHIM

Qöncə gülü ötənindən
Bülbülü gül vətənindən
Gerçək dostu dost yanından
Ayırma gözəl ALLAHIM

Hər dəm dilərəmki səndən
Mömini imandan dindən
Sevənləri sevdiyindən
Ayırma gözəl ALLAHIM

Yosun,yosunkən qayadan
Xəmiri təmiz mayadan
İnsanı ardan həyadan
Ayırma gözəl ALLAHIM

Bu qul ŞENER’İ ilimdən
Xeyir işləri əlimdən
Ölümü dahi ölümdən
Ayırma gözəl ALLAHIM
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!