Ya Rəb, nə olar, Sən, Sənə layiq məni yar et!

Ya Rəb, nə olar, Sən, Sənə layiq məni yar et!
Şeirlər - Hekayələr
10.09.2017 14
 
 Ya Rəb, nə olar, Sən, Sənə layiq məni yar et!

Çək bəndəni dərgahına, eşqinlə xumar et!
Bir qəlbdə gər olmasa dünya qədər eşqin,
Ölsə, o ürək sahibinin qəbrini dar et!


Hər kim Sənə baş əymədi, imanın itirdi,
Sən də oların hər iki dünyasını zar et!
Şeytan da bilir, eyni deyil bizdə iradə,
Kimlər ona aldansa, Qiyamət günü xar et!


Öz nəfsini ram etməyə güc gəlməsə hər kim,
Şeytandı o, Cənnətdən onu qovla, kənar et!
Dinsizlərə dünya evini eylə Cəhənnəm,
"Allah” deməyən dilləri odlarda yanar et!


Tovhid kimi möhkəm qalanın sahibi Sənsən,
İslamı özün yay, bütün aləmdə şüar et!
Hacət diləyən qəlbimi sındırma, İlahi,
Ya kamə yetir Yusifi, ya qəbrin hamar et!
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!