Ömür bir nəğmədir ki

Ömür bir nəğmədir ki
Şeirlər - Hekayələr
10.09.2017 18
Ömür bir nəğmədir ki,

Səsi coşan çay olmuş!

Uzaqlarda duyulan

Haray olmuş,hay olmuş!



Ömür bir nəğmədir ki,

Özü verilmiş bizə!

Yayılıb dalğa-dalğa,

Sığıb gecə-gündüzə!



Ömür bir nəğmədir ki,

Özü bizə bəs olmuş!

Gah daşıyıb sevinci,

Gah da qəmli səs olmuş!



Ömür bir nəğmədir ki...

Şirin,həzin və kövrək!

Ay mənim əzizlərim,

Ömür sürün nəğmə tək!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!