Gərək o vaxt unudaydım səni!

Gərək o vaxt unudaydım səni!
Şeirlər - Hekayələr
10.09.2017 11
Xəyallar qurardıq özümüz özümüzə

Sən məni yaşadardın, mən isə səni.

Bu həyat olmuşdu sanki möcüzə..

Qərək hələ o vaxtı unudaydım səni..



Dolaşıb küçələri söhbət edərdik,

Hər sözünlə daha çox sevərdim səni

Ya qərək o vaxtı sənlə qaçıb gedərdik,

Yada qərək o vaxtı unudaydım səni..



Hər gecə səsini eşitmədən yatmazdım,

Heçkimi yox, ürəyimə bağladım səni.

Bu həyat cığırında indi çox azdım.

Qərək hələ o vaxtı unudaydım səni..



Sən gedəndən bəri günlər boş keçir

Mənim yoxluğum bəs, incidir səni?

Ayrılıq toxumları ürəkdə qəm biçir

Qərək hələ o vaxtı unudaydım səni..



Sənsiz nə mənasi galdı ömrün həyatın

Bu nəmli gözlərim çox gəzdi səni

Allah sevən ürəyimin versin bəlasın

Qərək hələ o vaxtı unudaydım səni..



Nə bileydim uzaq deyildi bu ayrılıq,

Xoşbəxtlik həyatı unutdurdu məni,

Baha başa gəldi mənə bu avamlıq,

Qərək bəlkədə heç tanımazdım səni..
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!