Bu gözəli bəxtimə yaz Ilahi!

Bu gözəli bəxtimə yaz Ilahi!
Şeirlər - Hekayələr
10.09.2017 18
[/center]
[center]Gündüz günəş ,gecə aydı bu pəri,

Dağda axan coşğun çaydı bu pəri,

Qarlı qışdı isti yaydı bu pəri,

Bu gözəli bəxtimə yaz Ilahi!



Bəxti yazan bir üzümə gül mənim,

Günüm həftə , ayım keçir il mənim,

Dədi - qəmi ürəyimdən sil mənim.

Bu gözəli bəxtimə yaz Ilahi!



Hər zirvəyə boran yağdır qar eylə,

Aramızı vuranları xar eylə,

Məni ona ,onu mənə yar eylə,

Bu gözəli bəxtimə yaz Ilahi!

 Allah hər kəsə sevib-sevilməyi nəsib eləsin Amin İnşAllah

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!