Sən getdin

Sən getdin
Şeirlər - Hekayələr
10.09.2017 28
Sən getdin, dərdini götürüb getdin,
Mənimçün bir ürək ağrısı qoydun.
Gündüz ötüşürəm gecələr üçün,
Qəlbimdə tənhalıq yanğısı qoydun.


Sən getdin, zənn etmə arxayın oldum.

Təlatüm gətirir təkliyim mənə.

Ah-naləm ucalır asimanlara,

Görən haraylarım yetirmi sənə?



Nə edək, taledən kim qaça bilib?

Kimini güldürür, kimi ağladır.

Tənhalıq üzündən ölə bilərəm,

Tez qayıt, əzizim, gözüm yoldadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!