Onu unutmağı istəmir ürək

Onu unutmağı istəmir ürək
Şeirlər - Hekayələr
10.09.2017 44
O, məni sevməyir, unut demişəm,
Onu unutmağı istəmir ürək.
Bu eşqin kədərin, qəmin yemişəm,
Onu unutmağı istəmir ürək.
Onu unutmağı istəmir ürək

Gecələr sübhədək dərd ələmişəm,

Yandırıb canımı kül eləmişəm,

Ağlayıb gözümdən yaş çiləmişəm,

Onu unutmağı istəmir ürək.

Onu unutmağı istəmir ürək

Həsrətin yükünü daşıya bilməz,

Qanayan yarasın qaşıya bilməz,

Bir ömür sevgisiz yaşıya bilməz,

Onu unutmağı istəmir ürək.

Onu unutmağı istəmir ürək

Arzusu, istəyi xəyal olsa da,

Əkdiyi çiçəklər vaxtsız solsa da,

O , yardan xatirə şəkil qalsa da,

Onu unutmağı istəmir ürək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!