Ayrı dünyalar

Ayrı dünyalar
Şeirlər - Hekayələr
10.09.2017 26
Hələki gec deyil bəlkə ayrılaq...

Məhəbbət salmasin qəlbimizdə iz.

Sən çağlar çeşməsən,mən susuz bulaq

Ayri dünyalarin adamıyıq biz...



Sən varlı, gözəlsən, mən isə yetim...

Kimsənin yanında yoxdur qiymətim,

Soruşma sevgilim nədir möhnətim,

Ayrı dünyalarin adamyıq biz...



Fələk saldı bizi yaman kələyə,

Danışdım dərdimi əsən küləyə.

Gəl ümid etməyək biz gələcəyə,

Ayrı dünyaların adamıyıq biz...



Ayrılıq bizimçün yazılmış qayda,

Mən tənha bir ada, sənsə o, tayda.

Ağlasaq nə fayda,gülsək nə fayda,

Ayrı dünyaların adamıyıq biz...



Çəkdiymiz acılar demək hədərmiş,

Bizimki, sevgi yox, acı kədərmiş.

Bağışla sevgilim, bura qədərmiş.

Ayrı dünyaların adamıyıq biz...



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!