Mələk

Mələk
Şeirlər - Hekayələr
10.09.2017 15
Sözlər və qış, gözlər və yaş

Təhqir, alqış, biz düşmən

Və yaz, qələmi ağlat və qaç

Öldür və sev, sənsiz dözməz

Sənsən ailə və ev

Qaytarma, seç artıq, ayrılmaq gec

Ola bilmir doğma, silə bilmirsən heç

Hisslər sönür artıq bax

Bütün hisslər də buz

Kimdi axı o? Sadəcə sıradan bir qız..

Ama baxışları dəli eləyir məni

Onun qolları əbədi qəfəsim

Məni öldür, ya götür bu dərdləri

Bu mu sevgi? Mən tanımıram hissləri..

Sözlər mi sərt yoxsa hisslərdi sədd?

Mən səndə artıq qoymayacam sərhəd...

Dumanlar dəyişir şəhəri tanınmaz halətiylə

Küləklər rəqs edir hisslərimizin hərarətiylə

Ürəklər dözə bilər mi, de, dillər susa bilər mi?

Mələklər yaralı qanadı çırpıb uça bilər mi ?

Günlərlə qəm, mən sənsiz kiməm

Sənə yazdığım sətirlərdə tapdım vətən

Sən burda özgə, mən sənsiz kölgə

Mən sənsiz buz baxışlı, daş bir heykəl

Çıxart dərini, mənə çılpaq ruhunu göstər

Məni məhv edir bu uzun səssizlik

Məni yandır, buz ürəyimə ver isti

Artıq nifrət eləsən də mənə bəsdi

Təki yanımda qal, mən olum təslim

Bu otaqlar yox artıq divarlar

Acı xatirələr ürəyə toz bağlar

Baxışlar qalır, uzaqlaşır ayaqlar

Ruhlar qucaqlaşır, uzaqlaşır ayaqlar

Pərdələri aç, təkcə çılpaq həqiqət

Aramızda yox artıq sərhəd...

Dumanlar dəyişir şəhəri tanınmaz halətiylə

Küləklər rəqs edir hisslərimizin hərarətiylə

Ürəklər dözə bilər mi, de, dillər susa bilər mi?

Mələklər yaralı qanadı çırpıb uça bilər mi?

 

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!