Öldürmə məni

Öldürmə məni
Şeirlər - Hekayələr
10.09.2017 15
Canı sən vermədin,sən də alasan,

Ümid ver yaşayım,öldürmə məni.

Qıyma sevəninə qatil olasan,

Ümid ver yaşayım,öldürmə məni.



Ölümüm min yerə yozulacaqdır,

Dünyadan bir sevən azalacaqdır,

Qəbrim ürəyində qazılacaqdır.

Ümid ver yaşayım,öldürmə məni.



Məni öz əlinlə məzara vermə,

Görmək istəmirsən,heç məni görmə,

Sən Allah,bu qədər günaha girmə,

Ümid ver yaşayım,öldürmə məni.



Vallah,əllərimdə qalacaq yaxan,

Bilmirəm bu mənzil uzaqmı,yaxın?

Yaşamaq mənim də haqqımdır axı?!

Ümid ver yaşayım,öldürmə məni...

Nüsrət Kəsəmənliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!