Nüsrət Kəsəmənli - Başımın bəlası...

Nüsrət Kəsəmənli - Başımın bəlası...
Şeirlər - Hekayələr
10.09.2017 21
Daşı, divar soyuq,

Bir həsrət qalasısan.

Sən sevgilim deyilsən,

Başımın bəlasısan.



Sən məhəbbət oğrusu,

Bir çapqınsan doğrusu.

Üreyimin ağrısı,

Başımın bəlasısan.



Hər sözdən küsənimsən,

Ülfəti kəsənimsən.

Sevincimə gənimsən,

Başımın bəlasısan.



Naçar sevgimə qənim.

Çağır yanına gəlim.

Sevgimsən, yoxsa mənim

Başımın bəlasısan?



İçimdə min dərdim var,

Dərdimin əlasısan.

Sevib könül verdiyim

Başımın bəlasısan.



Sən belə yaranmısan,

Belə də qalasısan.

Taleyinə yazılmış


Başımın bəlasısan....

 

Nüsrət Kəsəmənli
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!