Bu sevgidən ayırdılar bizi

Bu sevgidən ayırdılar bizi
Şeirlər - Hekayələr
10.09.2017 27
Günlərin bir günü payız günündə

İlk sevgilimi, nişanladılar.

Duymayıb qəlbimin döyüntüsünü

İki sevən qəlbi parçaladılar.



Yığışıb başına rəfiqələri

Onu ər evinə yola saldılar.

Sevən bir oğlanın təmiz eşqini

Döyünən ürəkdən tez qopardılar.



Ötüşdü həftələr ötüşdü aylar

Bir səhər onların bir oğlu oldu.

Bu məsum balaca günahsız körpə

Gənc ana qəlbinin ulduzu oldu.



Yalvarıb yaxarıb o öz ərinə

Körpənin adını məhəbbət qoydu.

Hər dəfə məhəbbət çağıranda O

Elə bil eşqinin səsini duydu!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!