Yenədə ağlayıram mən

Yenədə ağlayıram mən
Şeirlər - Hekayələr
10.09.2017 17

Yenə gözlərimdən yaş gilələnir,

Yenə qəlbimdə var min sual,min söz.
Ürəyim alovtək yanıb alışır,
Sənin soyuqluğun saxlayır məni.
 
Sənə inanmıram bilmirəm nədən
Sənin baxışların qorxudur məni.
Bir kəlmə şirin söz deyən kimi sən
Dönüb bir əzrayıl olursan birdən.
 
Qəzəbli sözlərin,soyuq baxışın,
İncidir qəlbimi,sınır ürəyim.
Mən səni bu qədər sevərkən gülüm,
Sənin etdiklərin yandırır məni.
 
Səndə bağışlamaq kəlməsi yoxdu,
Ürəyin soyuqdu,rəhmin də yoxdu.
Görəsən olmasam xatırlarmısan?
Yoxsa asandca unudarmısan?
Yenə gözlərimdən yaş gilələnir,
Yenə qəlbimdə var min sual, min söz.
 
Bu mənim ilk şeirimdi. Düzünü deyin qızlar necə alınıb?
İnciməyəcəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!