Xatırla məni

Xatırla məni
Şeirlər - Hekayələr
10.09.2017 17
Günlər gəlib keçdi sevgimiz bitdi

Beləcə maraqlı nağılımız bitdi

Sevən könüllər boranda itdi

Hərdən nağıllarda xatırla məni..



İsti yay günündə səndə dənizdə

Ləpələr sakitcə gəlib gedəndə

Fikrində başqası olsada yenə

Belə sakit vaxtlarda xatırla məni..



Payizda yarpaqlar yerə enəndə

Hər tərəf qızılı rəngə donəndə

Yağışlar adamı çox bezdirəndə

Hərdən darixanda xatırla məni..



Hər tərəf ağappağ qara dönəndə

Soyuqdan əllərin buza dönındə

Bədənin keyiyib bərk üşüyəndə

Şaxtalı günlərdə xatırla məni..



Artıq yazdır deyib sən sevinəndə

Bülbüllər şadlanıb bərk səsləşəndə

Qızılgül ətrindən sən məst olanda

Güllərin içində xatırla məni..



Sakit bir gecədə ay işığında

Yatmağa getməyə tələsməyəndə

Ulduzlar sayrışır gecən xoş keçir

Gözəl gecələrdə xatırla məni..



Artıq evlənməyin zamanı gəldi

Vağzalı çalındı gəlinin gəldi

Budur gəlinin otağına gəldin

Bəylik libasında xatırla məni..



Artıq dövran keçdi zaman dəyişdi

Nəhayət dünyaya bir qızın gəldi

Mənim adımı qoyanda ona

Onu çağırarkən xatırla məni..



Axırki qocalıq qapını döysə

Həyatda tək onun çarəsi yoxsa

Sonuncu qapını əzrail döysə

Ölum ayağında xatırla məni..



Hər kəsin gözləri yaşla dolanda

Sonda da ailənə vida edəndə

Tək sevgi bölünməz qalar qəlbində

Ömürlük yatarkən xatırla məni.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!