İkimizin yerinə (Nüsrət Kəsəmənli)

İkimizin yerinə (Nüsrət Kəsəmənli)
Şeirlər - Hekayələr
10.09.2017 11
Bu sevgidə sən qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerin.
Bu eşq üçün bir gün dara çəksələr
Mən gedərəm ikimizin yerinə.



Min əzabdır sənsiz keçən hər günüm
Unutmuşam yaxşı,yaman fərqini.
Bu sevgidən dağ əridən dərdini
Mən çəkərəm ikimizin yerinə.



Gül deyirəm gül qəlbinə deyirəm
Mən səninçün tanrı yazan şeirəm,
Dodaqların inciməsin deyirəm-
Mən ölərəm ikimizin yerinə.



Taleyimdə son açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə,
Bu sevginin sonu eger ölümsə
Mən ölərəm ikimizin yerinə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!