İnandı

İnandı
Şeirlər - Hekayələr
10.09.2017 24
Taleyi hər kəsə güləndi bir gün ,

Solumda inandı, sağ da inandı.

Qismətdir dedilər, düşdüsə xəzan,

Bağban da inandı, bağ da inandı.



Ədəbdən, ərkandan söz açdı nadan

Dərgahın qapısın bağlatdı yalan

Elə zirvələri fəth etdi güman

Duman da inandı, dağ da inandı.



Şəhvətə uyanı aşiq bildilər,

Yad sözlə dinəni natiq bildilər,

Ağ rəngi, kəfənə layiq bildilər,

Qara da inandı, ağ da inandı.



Tikandan gül çəkdi, zəhərdən şəkər,

Tüstüsü göylərdə, yerdə köz Səfər,

Ürəkdən vursalar bitəcək qəhər,

Kamanda inandı, ox da inandı.

 

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!