Dua et inan hər is yaxşı olacaq

Dua et inan hər is yaxşı olacaq
Şeirlər - Hekayələr
10.09.2017 64
Əlini aç göyə Rəbbinə sarı
Dua et sən Ona hər an usanma,
Onun əlindədir qeybin açarı
Eləsə qeyrisin ruzigar sanma.

Dünyanı yoxluqdan var edən Allah
Qadirdir duana cavab verməyə,
Yoxdur Ondan başqa haqq olan ilah
Çağırma qeyrisin heç vaxt köməyə.

Rəbbinə yaxınlaş ibadət ilə
Aldanma heç zaman şöhrətə, ada
Ölümün haqlığın sən bilə - bilə
Asilik eyləmə fani dünyada.

Əməl et həm dünya həm axirətçin
Fikirləş…! gör nədən ötrü yarandın?
Bu gün əkin vardır, sabahsa biçin
İnan ki, nə əkdin onu qazandın.

O gün ki, qurular ədalət vəzni
Dünyada nə etdin çıxar qarşına,
Heç bir şey qalmayar Allahdan gizli
Gecikmə qılsana çarə başına

Odur ki, ey insan, haqq - İslama gəl
Xoşbəxtlik taparsan iki dünyada,
Əks olub eyləmə işini əngəl
Unutma bunları hər an sal yada.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!