Sevə-sevə

Sevə-sevə
Şeirlər - Hekayələr
10.09.2017 30
Sevdan ilə coşub-daşıb,
Xəyalınla illər aşıb,
Vallah könlüm cavanlaşıb,
GÜLÜM səni sevə-sevə...
Sevə-sevə
Gözün göylər piyaləsi,
Saçın dağlar şəlaləsi,
Qoşur hər gün eşq nəğməsi,
Dilim, səni sevə-sevə...
Sevə-sevə
Bu duyğu de, nə adlanır ?
Coşur qəlbim, qanadlanır,
Hey alışır, hey odlanır,
Külüm, səni sevə-sevə...
Sevə-sevə
Oyun qurub dəcəl kimi,
Əzmə məni, xəzəl kimi,
Çök sinəmə əcəl kimi,
Ölüm, səni sevə-sevə,
GÜLÜM səni sevə-sevə...
Sevə-sevə
Müəllif: Yaşar Süleymanlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!