Dilənçi (Sən elə bir kədərsən ki)

Dilənçi (Sən elə bir kədərsən ki)
Şeirlər - Hekayələr
10.09.2017 17
Sən,elə bir kədərsən ki,
Məhşərə dək, ürəyimi dağlayacaq,
Gözlərindən axan yaşa,
Şeirlərim ağlayacaq.
Göz yaşıma yaz deyirsən,
Canım mənim, axı sən ki,
Ağladıqca bir şeirsən..
Sən elə bir kədərsən ki,
Ömür boyu ağlasam da,
Çağlayacaq göz yaşlarım,
Ağlamaqdan kor olsam da,
Görəcək kor baxışlarım,
Söyləyəcək ey dilənçi
Sən elə bir kədərsən ki,
Sevincim də, yetməz durum,
İnsanlığın şəfqətində,
Alçalacaqdır qürurum...
Kaş bitəydi ömrümüz də,
İstədikcə, bitən deyil,
Kədər qalmış gözümüzdə,
Dolanırıq veyil-veyil,
Yoxsulluq da, bu kədər də,
Saldı bizi, sonsuz dərdə.
Boyun əydik çox namərdə,
Əyildikcə dedi: əyil..!
Alçaldıqca artan, dərd də,
İstədikcə bitən deyil..
Diləndikcə deyir dilən,
Alçalaraq savab yetir
Haqqı görən günahkara,
Savabını varmı bilən,
Göz versən də, görən kora,
Alçalanı görən deyil..
Qulağ da ver, duyan kara,
Fəryadını duyan deyil,.
Bu dünyanın qanunudur,
Əyildikcə deyər: əyil ..!
Sən elə bir, kədərsən ki,
Sevincim də, yetməz durum,
Titrək əlin, əl açdıqca,
Alçalacaqdır qürurum.
Müəllif: Abdullazadə Orxanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!