Ayrılıq

Ayrılıq
Şeirlər - Hekayələr
10.09.2017 25
Getmədi bir müddət əksin gözümdən,
Çoxaldı suallar – kim, niyə, necə?
Utandım nəhayət özüm-özümdən,
Uşaq kimi hönkürməkdən gizlicə...
Sən istəyən kimi dedim o adı...
Nitqimdən ayrılam səslər, hərflər,
Divarda qovuşub "ayrılıq” yazdı.
Və sonda üç nöqtə... Yazıq ümidlər!
Necə izah edim darıxmağımı?!
Bu fərqli bir şeydir, hərdən bir olur.
Deyəsən şəhərdən köçmüsən axı.
Bu cür fikirlərlə beynim boğulur.
Yəqin ki bunları bilməyəcəksən...
Əlavəm "sətirlər", ixtisarım "sən"!
Sən gördüyün "mənlə”, mən gördüyüm "mən”,
Nə mütənasibdir, nə də dəyişkən...
Yoxsan... Düşünmə ki çox dəyişmişəm.
Mənə qınaq olan pis vərdişləri,
İnan ki, atmağı çox istəmişəm –
Yersiz kövrəlməyi, içkini, səni...
Əlvida demədin o gün... gözlədim!
Düşündüm gələrsən bu payızadək.
O payız, bu payız on il qocalıb,
Bilmirəm nə deyim... Görüşənədək!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!