Bir daha heç kimi sevməyəcəm mən

Bir daha heç kimi sevməyəcəm mən
Şeirlər - Hekayələr
10.09.2017 22
Sevgidə bir bəla üz verib artıq.
Nə işıq ,nədəki göz verib artıq..!
Ürəyim beynimə söz verib artıq.
Bir daha heç kimi sevməyəcəm mən..!

Sən özün səbəbkar olmusan buna.
Faydası nədir ki gir dondan-dona?..
Sevgi nağılını çatdırım sona...
Bir daha heç kimi sevməyəcəm mən..!

Özümçün ağlayıb güləcəm tənha.
Sən də yaşayırsan biləcəm tənha...
Bilsəm də nə vaxtsa öləcəm tənha!..
Bir daha heç kimi sevməyəcəm mən..!

Bir subay sultanam ucalım gedim.
Təklikdə başıma tac alım gedim.....
Razıyam belə də qocalım gedim.
Bir daha heç  kimi SEVMİYƏCƏM mən..!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!