Sevgi deyilmiş

Sevgi deyilmiş
Şeirlər - Hekayələr
10.09.2017 19
Tərtəmiz sevgimin barını verdim,
Gecələr gözümün nurunu verdim,
Sənə ismətimi,arımı verdim,
Bunun qarşılığı xəyanət imiş.
Sevgi deyilmiş!


 Sənin köynəyini iylədim,durdum
O gündən bu günə inlədim durdum
Bizim mahnımızı dinlədim durdum,
Sevgi dediyimiz məgər ibrətmiş
Sevgi deyilmiş!


 Dərd-qübar içində deyinən qəlbim,
Ən təmiz hisslərlə döyünən qəlbim,
Sənə sevgisiylə oyünən qəlbim,
Sən demə bu sevgi bir nifrət imiş
Sevgi deyilmiş!


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!