Səni başqasıyla görəndə bildim...

Səni başqasıyla görəndə bildim...
Şeirlər - Hekayələr
10.09.2017 14
Sevginin ötəri hiss olduğunu,

Bəndənin Tanrıya küs olduğunu,

Həyatın nə qədər pis olduğunu,

Səni başqasıyla görəndə bildim.



Yerim məzar imiş,gor imiş mənim,

Beynim duman imiş,tor imiş mənim.

Sən demə gözlərim kor imiş mənim,

Səni başqasıyla görəndə bildim.



Gərək hislərimə çəkəydim sərhəd,

o zaman olmazdı günəşim zülmət.

İnsanı nə hala salır məhəbbət,

Səni başqasıyla görəndə bildim.



Sevgi ağacının dərdi nübarmış,

Göz yaşım sevginin kökün suvarmış.

Sevgidən nifrətə bir addim varmış,

Səni başqasıyla görəndə bildim.



Bu necə taledir,bu necə qismət?

Özgəsin sevmisən əzəldən əlbət.

İnsanın qəlbini didir xəyanət,

Səni başqasıyla görəndə bildim.



Sən bir ovçuymuşsan,qəlbim hədəfmiş,

Qəlbimin taleyi ölümmüş,məhvmiş.

"kişilər ağlamaz" deyiblər səhvmiş,

Səni başqasıyla görəndə bildim.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!