Qarışıq sevgi şeirləri

Qarışıq sevgi şeirləri
Şeirlər - Hekayələr
10.09.2017 24
Sevən deyiləm

İlk sevgi qəlbimdə əbədi qaldi,

Çılğın gəncliyimi əlimdən aldi.

Qəlbim yarpaq tək soldu, saraldı

İnan əvvəl ki, tək sevən deyiləm.



Həsrət

Qərib bir gecədə səndən uzaqda,

Küləklər həsrətli nəfəs kimidir,

Sənsiz tənha qalmış sızlayan qəlbim,

Darıxır hər tərəf qəfəs kimidir,



Dərdim var

Gözlərim dikilib uzun bir yola,

Kim deyər bu yolda kimim var mənim.

Hamını güldürən sözüm-söhbətim,

Özümü ağladan dərdim var mənim.



Mən olmayanda

Tənha bir otaqda tək qalacaqsan,

Pəncərə önündə dayanacaqsan,

Mən gələn yollara boylanacaqsan,

Artıq bu dünyada mən olmayanda.



Ürəyim

Sevgilim sıxılma mənim sözümdən,

Mən səni sevirəm düzünü deyim.

Sevirəm sözünü sənin dilindən,

Eşitmək istəyir mənim ürəyim.



Sənsiz

Yollara baxıram durub ahəstə

Sənsizlik könlümü eyləyib xəstə

Xanəndə oxuyur kəsme-şikəstə

Məndə xəyala dalmışam Sənsiz.



Qorxuram

Çıxmazdın yadımdan bircə an belə,

Sən idin qəlbimin toyu, düyünü.

Ömrümün ən gözəl anı sanardım

Seninle uz-uze geldiyim gunu.



Vəfasız gözəl

Qədrimi bilmədin vəfasız gözəl

Hərdən xəyalında xatırla məni.

Fikrindən ayrılıb dilxor olanda

Qüssədən gözlərin yaşla dolanda

Gəlin otağında sən tək olanda

Sən öz otaginda xatırla məni.



Susan sevgi

Yenədə rastlaşdı baxışlarımız

Bu susan sevgini dilləndirsənə

Axi nəyə lazım göz yaşlarımız

Nə olar görüşək söylə sən mənə.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!